Türkiyədə zəncirvari qəzada 12 nəfər xəsarət alıb

Türkiyədə zəncirvari qəzada 12 nəfər xəsarət alıb Türkiyədə zəncirvari yol qəzası baş verib.
Region
24 Avqust , 2021 22:02
Türkiyədə zəncirvari qəzada 12 nəfər xəsarət alıb

Türkiyədə zəncirvari yol qəzası baş verib.

“Report”un bu ölkənin mətbuatına istinadən məlumatına görə, hadisə Sakarya vilayətində qeydə alınıb.

Geyvə rayonunda 4 avtomobilin toqquşması nəticəsində 12 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım və polis cəlb edilib. Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, xəsarət alanlar arasında uşaqlar da var.

Qəzaya uğrayan avtomobillərdən biri təcili tibbi yardım maşınıdır.

Hadisənin başvermə səbəbi və şəraiti açıqlanmır.

Son xəbərlər

Orphus sistemi