Türkiyədə terrorçulara qarşı geniş əməliyyat keçirilib, 92 mağara və sığınacaq məhv edilib

Türkiyədə terrorçulara qarşı geniş əməliyyat keçirilib, 92 mağara və sığınacaq məhv edilib Türkiyə Daxili İşlər Nazirliyi ölkənin 11 vilayətində “Bozdağan-37” əməliyyatı keçirib.
Region
10 May , 2024 10:28
Türkiyədə terrorçulara qarşı geniş əməliyyat keçirilib, 92 mağara və sığınacaq məhv edilib

Türkiyənin 11 vilayətində “Bozdağan-37” əməliyyatı keçirilib.

“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, əməliyyat nəticəsində 92 mağara və sığınacaq məhv edilib. Həmçinin, 495 kiloqram partlayıcı maddə, 100 əldəqayırma bomba, 1660 kapsula həssas partlayıcı, 9 əl qumbarası, 3 126 ədəd müxtəlif diametrli və ölçülü döyüş sursatı, 2 mina, 8 AK-47 avtomatı və digər silahlar ələ keçirilib.

“Terror təşkilatının logistik məqsədlər üçün istifadə etdiyi yerlər, gizli sığınacaqlar bir-bir aşkarlanaraq məhv edilib”, - nazir bildirib.

Son xəbərlər

Orphus sistemi