Türkiyədə avtobus aşıb, onlarla yaralı var

Türkiyədə avtobus aşıb, onlarla yaralı var Türkiyənin Ərzurum şəhərinin Palandöken rayonunda turist karvanını daşıyan avtobus dərəyə aşıb.
Region
3 Fevral , 2022 21:17
Türkiyədə avtobus aşıb, onlarla yaralı var

Türkiyənin Ərzurum şəhərinin Palandöken rayonunda turist karvanını daşıyan avtobus dərəyə aşıb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, hadisə nəticəsində 25 nəfər xəsarət alıb.

Yaralılar hadisə yerindən təcili tibbi yardım maşını ilə xəstəxanalara çatdırılıb.

Xəsarət alanlar arasında uşaqlar da var.

Hadisə yerinə çoxlu sayda sağlamlıq, xilasetmə, polis və jandarma qrupları cəlb edilib.

Son xəbərlər

Orphus sistemi