Bakı. 12 oktyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrindən daha 233 hərbçi xaric edilib.
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, onlar Fətullahçı Terror Təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişinə cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində ordu sıralarından çıxarılıblar.
Həmin hərbçilərdən 158 nəfəri əsgərdir. Bununla da Türkiyə Silahlı Qüvvələrindən xaric edilən hərbçilərin sayı 3 939 nəfərə çatıb.