Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalında keçirdiyi əməliyyat nəticəsində PKK/KCK-HPG terror qruplaşmasının rəhbərliyinə daxil olan Sedat Aksu öldürülüb.
“Report” xəbər verir ki, bu barədə məlumatı Türkiyə KİV-i yayıb.
Bildirilib ki, “Şevger Çiya” kod adlı terrorçu Türkiyədə bir sıra cinayət əməlləri törətməkdə ittiham olunur.