​Türkiyə hərbçiləri 17 terrorçunu zərərsizləşdirib

​Türkiyə hərbçiləri 17 terrorçunu zərərsizləşdirib Axtarış zamanı çoxlu sayda silah-sursat ələ keçirilib
Region
12 Oktyabr , 2015 16:25
​Türkiyə hərbçiləri 17 terrorçunu zərərsizləşdirib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Tükiyənin Hakkari bölgəsində keçirilən antiterror əməliyyatı nəticəsində 17 terrorçu məhv edilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinin əməliyyatı nəticəsində 17 terrorçu zərərsizləşdirilib, onlara məxsus üç mağara, bir silah-sursat anbarı məhv edilib. 

Antiterror əməliyyatı keçirilən ərazidə aparılan axtarış nəticəsində bir ədəd "RPG-7" silahı, onun 7 ədəd sursatı, 900 ədəd 12,7 mm çaplı patron, 409 ədəd mərmi, 242 ədəd "Kalaşnikov" avtomatı, çoxlu sayda partlayıcı maddə, terrorçulara aid sənəd və yaşamaq üçün vacib ləvazimatlar ələ keçirilib. 

Son xəbərlər

Orphus sistemi