Bakı. 27 oktyabr. REPORT.AZ/ Suriya tərəfindən atılan raket Türkiyənin cənub-şərqində yerləşən Kilis əyalətinə düşüb, bir nəfər yaralanıb.
"Report" "Hurriyet" qəzetinə istinadən xəbər verir ki, insident çərşənbə günü Türkiyə-Suriya sərhədi yaxınlığında baş verib.
"Anadolu"nun məlumatına görə, raket İŞİD terror qruplaşmasının nəzarəti altında olan ərazidən atılıb.
Atəş nəticəsində 18 yaşlı qız yüngül xəsarət alıb, o, xəstəxanaya yerləşdirilib.