Tbilisidə bankda girovlar azad edilib, basqınçı həbs olunub - YENİLƏNİB-3

Tbilisidə bankda girovlar azad edilib, basqınçı həbs olunub - YENİLƏNİB-3 Basqınçının bir nəfəri girov götürdüyü bildirilir
Region
16 Aprel , 2021 14:24
Tbilisidə bankda girovlar azad edilib, basqınçı həbs olunub - YENİLƏNİB-3

Tbilisidə bank filialına silahlı basqın edən şəxs həbs olunub.

“Report”un yerli bürosu xəbər verir ki, girovların hamısı azad edilib.

Xüsusi əməliyyat zamanı xəsarət alan olmayıb.

14:15

Tbilisidə silahlı basqın olan bankda girov saxlanılan iki nəfər azad edilib.

“Report”un yerli bürosu xəbər verir ki, daha bir şəxs girovluqda qalmaqdadır.

Gürcüstanın Patrul Polis Xidmətinin rəisi Vaja Siradze hadisə yerindədir.

Girov götürülənlərin ümumi sayının 4 olduğu bildirilir.

13:38

Tbilisidə “Gürcüstan bankı”nın filialına silahlı basqın edən şəxsin neçə nəfəri girov götürdüyü hələ məlum deyil.

“Report”un yerli bürosu xəbər verir ki, polis ətraf ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.

Yaxınlıqdakı Avlabar metrostansiyasının fəaliyyəti müvəqqəti dayandırılıb.

Polis hazırda xüsusi əməliyyat keçirir.

13:13

Gürcüstanın paytaxtı Tbilisidə Avlabar metrostansiyasının yaxınlığında “Gürcüstan bankı”nın filialına silahlı basqın olub.

“Report”un yerli bürosu xəbər verir ki, basqınçının bir nəfəri girov götürdüyü bildirilir.

Hadisə yerinə çox sayda polis əməkdaşları cəlb olunub, ətrafdakı şəxslər təxliyə edilib.

Son xəbərlər

Orphus sistemi