Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb

Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb.
Region
27 Aprel , 2024 19:02
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Statistika Komitəsi məlumat yayıb.

Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb.

Ən bahalı mənzillər Mtatsminda (kv. m üçün 2 min dollardan çox) və Vake (kv. m üçün 1,8 min dollar) mərkəzi ərazilərindədir. Ən ucuzlar isə Samqori (kv. m üçün 374 dollar) və Qldani (kv. m üçün 112 dollar) yaşayış massivlərindədir.

Son xəbərlər

Orphus sistemi