​Rusiyanın Xəzərdən İŞİD-i bombalayan gəmiləri bazaya qayıdıb

​Rusiyanın Xəzərdən İŞİD-i bombalayan gəmiləri bazaya qayıdıb Oktyabrın 7-də həmin gəmilərdən qanadlı raketlər buraxılmışdı
Region
24 Noyabr , 2015 12:37
​Rusiyanın Xəzərdən İŞİD-i bombalayan gəmiləri bazaya qayıdıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Rusiyanın Xəzərdəki Hərbi Dəniz Donanmasının "Dağıstan" gəmisi, eləcə də "Qrad Sviyajsk", "Uqliç" və "Böyük Ustyuq" kiçik raket gəmiləri Mahaçqaladakı bazaya qayıdıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bu gəmilər oktyabrın 7-də Suriyada terrorçu İŞİD qruplaşmasının mövqelərinə havadan qanadlı raketlə zərbə endirmək məqsədi ilə Xəzərin İrana aid hissəsinə yerləşdirilmişdi. 

Son xəbərlər

Orphus sistemi