​Rusiyanın Xəzər donanması "Qlonass" sisteminə keçib

​Rusiyanın Xəzər donanması "Qlonass" sisteminə keçib Donanmanın 10 gəmisində lazımi kalibrləmə işləri aparılıb
Region
8 Mart , 2015 08:53
​Rusiyanın Xəzər donanması Qlonass sisteminə keçib

Bakı. 8 mart. REPORT.AZ/ Xəzər donanmasının gəmiləri ilk dəfə olaraq Qlobal Naviqasiya Peyk Sisteminin (QNPS) köməkliyi ilə naviqasiya texnikasının köklənməsini yoxlayıblar.

"Report" xəbər verir ki, bu barədə Cənub hərbi dairəsinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, donanmanın 10 gəmisində lazımi kalibrləmə işləri aparılıb. Yeni vasitələrdən istifadə sayəsində naviqasiyanın dəqiqliyi 20 metrdən bir metrə qədər azalıb.

Qeyd edək ki, donanma sözügedən kompleksi 2014-cü ildə əldə edib.

Son xəbərlər

Orphus sistemi