Bakı. 10 fevral. REPORT.AZ/ Rusiyanın tanınmış siyasətçisi, keçmiş baş nazir Mixail Kasyanova hücumla bağlı məsələ araşdırılır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Moskva şəhər Baş Polis İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, istintaq hələlik cinayət deyil, İnzibati Xətalar Məcəlləsi əsasında aparılır.
Qeyd edək ki, fevralın 10-da gecə saatlarında Moskvanın mərkəzindəki restoranlardan birində naməlum şəxs qışqıraraq, keçmiş baş nazirin üzərinə tort atıb. Bundan sonra Mixail Kasyanov Moskvanın Kitay Rayon Polis Şöbəsinə məsələ ilə bağlı müraciət edib. O, ərizəsində həyatı və təhlükəsizliyinin təhdidinə görə, basqınçının cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.