Putinlə Makron Ukraynanı müzakirə ediblər

Putinlə Makron Ukraynanı müzakirə ediblər Putinlə Makron arasında telefon danışığı olub
Region
3 Fevral , 2022 23:46
Putinlə Makron Ukraynanı müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məlumata görə, dövlət başçıları Ukrayna məsələsini müzakirə ediblər. Prezidentlərin telefon danışığında həmçinin təhlükəsizlik təminatı məsələsi də diqqət mərkəzində olub.

"Ukrayna ətrafındakı vəziyyət və Rusiya Federasiyasının təhlükəsizliyi üçün uzunmüddətli hüquqi təminatların hazırlanması təşəbbüsü ilə bağlı məsələlər üzrə dialoq davam etdirilib", - xəbərdə deyilir. Kremldən əlavə edilib ki, həmsöhbətlər bir sıra beynəlxalq tərəfdaşlarla son təmasları nəzərə alaraq, Fransanın Avropa İttifaqı Şurasına sədrliyi kontekstində mövcud vəziyyətə dair fikir mübadiləsi aparıblar.

Bu, Rusiya və Fransa prezidentlərinin həftə ərzində üçüncü telefon danışığıdır. Təşəbbüs Fransa tərəfindən irəli sürülüb. 

Liderlər sonrakı təmasları da davam etdirməyi razılaşdırıblar.

Son xəbərlər

Orphus sistemi