Prezidentin müşaviri: "Türkiyə Avropa İttifaqı ilə razılaşmanı dondura bilər"

Prezidentin müşaviri: "Türkiyə Avropa İttifaqı ilə razılaşmanı dondura bilər" Avropa İttifaqı ölkəmizə verdiyi sözə əməl etməlidir"
Region
23 May , 2016 17:21
Prezidentin müşaviri: Türkiyə Avropa İttifaqı ilə razılaşmanı dondura bilər

Bakı. 23 may. REPORT.AZ/ "Avropa İttifaqının ikili standartına görə, Türkiyə qurumla razılaşmanın icrasını dayandıra bilər".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin müşaviri İgit Bulut TRT-yə müsahibəsində bildirib.

"Biz Avropa İttifaqından heç nə gözləmirik. Qoy, onlar ikili standartlar tətbiq etməyi, Türkiyə vətəndaşlarına verdikləri sözə əməl etməməklərini davam etdirsinlər. Onlar bunu da bilməlidirlər ki, belə davranışı davam etdirsələr, onda Türkiyə tezliklə radikal qərar qəbul edəcək. Türkiyə Avropa İttifaqı ilə razılaşmanı dondura bilər", - deyə müşavir vurğulayıb.

İgit Bulutun sözlərinə görə, qurumla ölkəsi arasında mövcud olan istənilən razılaşma, o cümlədən Gömrük İttifaqı dayandırıla bilər: "Avropa İttifaqı sözünə əməl etməlidir".

Qeyd edək ki, Avropa İttifaqı viza rejiminin ləğvi qarşılığında Türkiyədən terrora qarşı mübarizə qanununda dəyişiklik tələb edir. Rəsmi Ankara isə bu şərtin qəbul edilməsinin mümkünsüz olduğunu bildirir. 

Son xəbərlər

Orphus sistemi