Bakı. 14 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama İranın atom silahı əldə etməməsi üçün diplomatik təzyiqlərin artırılmasını vacib sayır.
"Report" "euronews"a istinadən xəbər verir ki, bunu Obama konqresin hər iki palatasının rəhbərləri ilə keçirdiyi görüşdə bəyan edib.
O, İslam Respulikasına qarşı əlavə sanksiyaların qəbul edilməsi haqqında qanunun qəbul edilməsinə qarşı çıxdığını vurğulayıb: "Bu, danışıqların kəsilməsinə və ABŞ-ın beynəlxalq təcridinə səbəb ola bilər".