Numan Kurtulmuş: Türkiyədə yeni konstitusiyanın qəbulu barədə son qərarı TBMM verəcək

Numan Kurtulmuş: Türkiyədə yeni konstitusiyanın qəbulu barədə son qərarı TBMM verəcək Türkiyədə yeni konstitusiyanın qəbulu ilə bağlı müzakirələr davam edir.
Region
30 Aprel , 2024 13:45
Numan Kurtulmuş: Türkiyədə yeni konstitusiyanın qəbulu barədə son qərarı TBMM verəcək

Türkiyədə yeni konstitusiyanın qəbulu ilə bağlı müzakirələr davam edir.

“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, siyasətçilər bu məsələdə fəallıq göstərirlər: “Mayın sonuna qədər siyasi partiyaların fikirlərini almaq istəyirik. Proseslər uğurla davam edərsə, nəticə əldə olunacağına inanıram”.

N.Kurtulmuş söyləyib ki, son qərarı TBMM verəcək: "Təkcə siyasilərin fikirləri ilə kifayətlənməyəcəyik. Həm də vətəndaş cəmiyyətlərinin fikirlərini öyrənəcəyik".

Son xəbərlər

Orphus sistemi