Müxalifəti qorxutmaq məqsədi ilə İranda edamdan alət kimi istifadə edənlər məsuliyyət cəlb olunmalıdır.
“Report” “voanews.com”a istinadən xəbər verir ki, bu barədə dörd Nobel mükafatı laureatının birgə açıqlamasında vurğulanıb.
Bildirilib ki, Nobel Sülh Mükafatı laureatları - Şirin İbadi, Cudi Uilyams, Təvəkkol Kerman və Lima Geboy beynəlxalq ictimaiyyətin diqqətini İslam Respublikasını edamdan müxalifəti qorxutma vasitəsi kimi istifadə etdiyinə görə məsuliyyətə cəlb etməyə çağırıblar: “Qadın, Həyat, Azadlıq!” üsyanının başlanmasından bəri minlərlə insan həbs edilib, yüzlərlə insan öldürülüb. Bu repressiyalara hüquq müdafiəçilər, sənətçilər, yazıçılar və jurnalistlərin həbsi də daxildir”.