Mahaçqalada partlayış olub, 23 nəfər yaralanıb - YENİLƏNİB

Mahaçqalada partlayış olub, 23 nəfər yaralanıb - YENİLƏNİB Yaralıların beşinin vəziyyəti ağırdır
Region
1 Avqust , 2016 17:58
Mahaçqalada partlayış olub, 23 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 1 avqust. REPORT.AZ/ Mahaçqalada "Layli" ziyafət zalının zirzəmisində qaz balonunun partlaması nəticəsində 23 nəfər yaralanıb, onların hamısı xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə Dağıstan Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, yaralıların 5-nin vəziyyəti ağırdır.

***17:03

Mahaçqalada "Layli" ziyafət zalında partlayış baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, partlayış zamanı 13 nəfər xəsarət alıb. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

Partlayış ziyafət zalının zirzəmisində baş verib, zərərçəkənlər isə mətbəxdə işləyən qadınlar olublar.

Hadisə yerinə yanğınsöndürənlər gəlib.

Son xəbərlər

Orphus sistemi