“Bu dostluq deyil, düşmənçilikdir, ölkədə qütbləşməni qızışdırmaq cəhdidir”.
“Report” xəbər verir ki, bunu hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze İslandiya, Litva və Estoniya xarici işlər nazirlərinin Tbilisidə nümayişlərdə iştirakına münasibət bildirərkən deyib.
“Xarici işlər nazirimizin, belə demək mümkünsə, digər ölkəyə gedib müxalifətin mitinqində çıxış etməsini necə təsəvvür edirsiniz? Bu necə münasibətdir? Bu, həqiqətənmi dostluqdur?”, - deyə Kaladze vurğulayb.