İranda parlament seçkilərinin ikinci turu başlayıb

İranda parlament seçkilərinin ikinci turu başlayıb İranda 22 dairə üzrə parlament seçkilərinin ikinci turu başlayıb.
Region
10 May , 2024 10:29
İranda  parlament seçkilərinin ikinci turu başlayıb

İranda 22 dairə üzrə parlament seçkilərinin ikinci turu başlayıb.

“Report” xəbər verir ki, məlumatı İSNA yayıb.

Bildirilib ki, 22 seçki dairəsi üzrə 90 namizəd 44 yer uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, martın 1-də İranda Din Ekspertlər Şurasına (Məclise-Xubreqan, ali rəhbəri seçən qurum) 6-cı çağırış və İslam Şurası Məclisinə (parlament) 12-ci çağırış seçkiləri keçirilib. Şurada 88 yer uğurunda mübarizədə 144 din xadimi iştirak etmişdi. İran parlamentində 290 yer uğrunda 15 200 namizəd mübarizə aparmışdı.

Son xəbərlər

Orphus sistemi