Bakı. 4 iyul. REPORT.AZ/ "İranın atom-nüvə proqramı üzrə razılaşmaya heç vaxt belə yaxın olmamışıq".
"Report" "BBC"-yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmmədcavad Zərif bildirib.
ABŞ-ın dövlət katibi Con Kerri isə müəyyən irəliləyişlərin olduğunu etiraf edərək, deyib: "Ancaq qarşıda görüləsi çoxlu işlər var".
Qeyd edək ki, İranın atom proqramı üzrə Tehranla "altılıq" (ABŞ, Almaniya, Britanıya, Fransa, Rusiya və Çin) ölkələri təmsilçiləri arasında danışıqlar iyunun 30-da başa çatmalı idi, razılıq əldə etmək üçün tərəflər müzakirələrin müddətini iyulun 7-dək uzadıblar.