Gürcüstanlı həkimlər ölkədə "donuz qripi"nə yoluxma hallarının artacağını gözləyir

Gürcüstanlı həkimlər ölkədə "donuz qripi"nə yoluxma hallarının artacağını gözləyir Tbilisidə "donuz qripi"ndən 39 yaşlı kişi dünyasını dəyişib
Region
18 Yanvar , 2016 12:03
Gürcüstanlı həkimlər ölkədə donuz qripinə yoluxma hallarının artacağını gözləyir

Bakı. 18 yanvar. REPORT.AZ/ Tbilisidə 2016-cı ildə "donuz qripi" kimi də tanınan H1N1 virusunun ilk qurbanı qeydə alınıb. "Report" "Qruziya-onlayn"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli Mərkəzi məlumat verib.

Mərkəzin məlumatına görə, virus 39 yaşlı kişinin dünyasını dəyişməsinə səbəb olub. Xəstə Tbilisiyə Gürcüstanın qərbindən gətirilmişdi.

Bununla belə, ekspertlər hazırkı mərhələdə Gürcüstanda epidemiya təhlükəsinin olmadığını bildirir. Həkimlər fevral ayında ölkədə "donuz qripi"nə yoluxma hallarının artacağını gözləyir, amma bu, epidemik həddə yaxın səviyyədə olmayacaq.

Son xəbərlər

Orphus sistemi