Gürcüstanın baş naziri Türkiyəyə rəsmi səfər edib

Gürcüstanın baş naziri Türkiyəyə rəsmi səfər edib Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyəyə rəsmi səfərə gedib.
Region
16 May , 2024 13:05
Gürcüstanın baş naziri Türkiyəyə rəsmi səfər edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyəyə rəsmi səfərə gedib.

"Report"un yerli bürosu xəbər verir ki, bu bardə Gürcüstan hökümət administrasiyası məlumat yayıb.

Məlumata görə, İrakli Kobaxidze Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək və geniş tərkibdə görüşəcək, daha sonra isə birgə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, nümayəndə heyətinə iqtisadiyyat naziri Levan Davitaşvili, müdafiə naziri İrakli Çikovani, xarici işlər naziri İlya Darçiaşvili, təhsil naziri Giorgi Amilaxvari, Acarıstan hökumətinin başçısı Tornike Rijvadze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.

Son xəbərlər

Orphus sistemi