Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib

Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib Gürcüstan hakimiyyəti ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib.
Region
2 May , 2024 17:50
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib

Gürcüstan hakimiyyəti ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-nin Gürcüstandakı səfiri Robin Dunniqan bildirib.

“Biz bu yaxınlarda Gürcüstan hökumətinin yüksək rütbəli nümayəndələrini yüksək vəzifəli ABŞ rəsmiləri ilə strateji tərəfdaşlıq və ABŞ yardımı ilə bağlı hər hansı məsələləri müzakirə etməyə dəvət etdik. Təəssüf ki, gürcü tərəfi bu dəvətdən imtina etməyi üstün tutdu", - deyə səfir qeyd edib.

O, Gürcüstan hökumətinin son həftələrdə qəbul etdiyi qərarların ölkəni Avro-Atlantik gələcəkdən uzaqlaşdırdığından narahatlığını ifadə edib.

Səfir sözügedən dəvətin dəqiq nə vaxt edildiyini açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi