Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb, ayaqları amputasiya edilib

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb, ayaqları amputasiya edilib Ermənistan hərbçisi Oskan Sarqsyan sərhədyanı ərazidə minaya düşərək xəsarət alıb.
Region
5 Aprel , 2024 11:42
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb, ayaqları amputasiya edilib

Ermənistan hərbçisi Oskan Sarqsyan sərhədyanı ərazidə minaya düşüb, ayaqları amputasiya edilib.

“Report” xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, 1996-ci ildə anadan olan Sarqsyan hadisə nəticəsində ayaqlarından xəsarət alıb və onu Tavuşdan İcevan tibb mərkəzinə aparıblar.

Məlumata görə, hərbçini daha sonra İrəvandakı hospitala yerləşdiriblər və iki ayağını amputasiya ediblər.

Ermənistan Müdafiə Nazirliyi hadisə ilə bağlı şərh verməyib.

Son xəbərlər

Orphus sistemi