​Çeçenistanda yeni parlament binası inşa olunacaq

​Çeçenistanda yeni parlament binası inşa olunacaq Bina hökumət kompleksi yanında yerləşəcək
Region
13 Avqust , 2015 00:20
​Çeçenistanda yeni parlament binası inşa olunacaq

Bakı. 13 Avqust. REPORT.AZ/ Çeçenistan Respublikasında yeni parlament binası inşa ediləcək.

"Report" xəbər verir ki, bu barədə respublika başçısı Ramzan Kadırov "Vkontakte" sosial şəbəkəsindəki profilində məlumat verib.

"Bu gün biz qərar qəbul etdik ki, Çeçenistan Respublikası parlamenti üçün yeni bina inşa edək. O, hökumət kompleksi yaxınlığında yerləşəcək. Bu vəsaitə əhəmiyyətli dərəcədə qənaət etmək, hakimiyyət qolları arasında qarşılıqlı fəaliyyəti yaxşılaşdırmaq imkanı verəcək", - deyə Ramzan Kadırov bildirib.

Kadırov, həmçinin qeyd edib ki, mövcud parlament binası hətta minimum tələblərə də cavab vermir.

Son xəbərlər

Orphus sistemi