​Barak Obamanın xüsusi nümayəndəsi Türkiyəyə səfər edib

​Barak Obamanın xüsusi nümayəndəsi Türkiyəyə səfər edib Amerikalı general Ankarada siyasi və hərbi dairələrin nümayəndələri ilə danışıqlar aparır
Region
7 İyul , 2015 14:38
​Barak Obamanın xüsusi nümayəndəsi Türkiyəyə səfər edib

Bakı. 7 iyul. REPORT.AZ/ ABŞ prezidenti Barak Obamanın İŞİD-ə qarşı beynəlxalq koalisiya üzrə özəl təmsilçisi, general Con Allen Türkiyəyə səfər edib.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Xəbərə görə, Con Allen Türkiyədəki görüşlərində terrorçu qruplaşmaya qarşı birgə mübarizənin aparılmasından danışıb.

ABŞ-ın Türkiyədəki səfirliyi bildirib ki, amerikalı general İŞİD-in irəliləməsinin qarşısını almaq, qruplaşmanı məğlub etmək üçün Ankarada siyasi və hərbi dairələrin nümayəndələri ilə danışıqlar aparır.  

Son xəbərlər

Orphus sistemi