İlk xəbər 13:28-də qoyulub
Bakı. 18 iyul. REPORT.AZ/ Ankara Ədliyyə Sarayının qarşısında silahlı insident baş verib.
"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, naməlum şəxslər Türkiyədə hərbi çevrilişə cəhd göstərən generalların ədliyyə binasına gətirildiyi ərəfədə atəş açıb.
Xüsusi təyinatlı polislər hadisənin böyüməsinin qarşısını alıb və həmin şəxslərdən birini zərərsizləşdirib, digər ikisini isə yaralı olaraq nəzarət altına alıblar.