Vətən müharibəsi şəhidinin doğum günü qeyd olunub

Vətən müharibəsi şəhidinin doğum günü qeyd olunub Azərbaycan Ordusunun qələbə qazandığı Vətən Müharibəsində qəhrəmancasına şəhid olan igid oğullardan biri, Zərdab rayon sakini Məmmədzadə Anar Nazim oğlunun doğum günü qeyd olunub.
Qarabağ
4 Avqust , 2021 04:43
Vətən müharibəsi şəhidinin doğum günü qeyd olunub

Zərdabda Azərbaycan Ordusunun qələbə qazandığı Vətən Müharibəsində qəhrəmancasına şəhid olan igid oğullardan biri Məmmədzadə Anar Nazim oğlunun doğum günü qeyd olunub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, 44 günlük müharibədə şəhidlik zirvəsinə ucalan Anar Məmmədzadənin doğum günündə, onun xatirəsini yad etmək üçün Zərdab Rayon İcra Hakmiyyəti rəhbərliyi və əməkdaşları ilk öncə şəhidin ailəsini, sonra məzarını ziyarət edib və şəhidin xatirəsini ehtiramla yad ediblər. Ailə üzvləri ilə söhbət zamanı qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən Anarın xatirəsinin bundan sonra da daim əziz tutulacağı, dövlətin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağı vurğulanıb.

Şəhidimizin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, şəhid Anar Məmmədzadə 1999-cu ildə Zərdab rayonunda anadan olub. İkinci Qarabağ müharibəsi başlayanda Anar da digər vətənpərvərlər kimi cəbhəyə gedib. O, cəbhənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib.

A.Məmmədzadə cəbhədə düşmənin canlı qüvvəsinin və texnikasının məhv olunmasında yaxından iştirak edib. O, oktyabr ayının əvvəli Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Anarın nəşi Zərdab rayonunun şəhidlər xiyabanında torpağa tapşırılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Anar Məmmədzadə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi