Bakı. 23 may. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır".
"Report" "News.am"a istinadən xəbər verir ki, bunu Yunanıstanın milli müdafiə naziri Panos Kamenos Afinada Ermənistan Milli Məclisinin vitse-prezidenti Eduard Şarmazanov ilə görüşünün yekununda jurnalistlərə açıqlamasında deyib.
Nazir problemin hərbi həllinə hər hansı cəhdin belə qəbuledilməz olduğunu bildirib.