​Səfirlik: Almaniya XİN başçısı Bakıda və Yerevanda Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək

​Səfirlik: Almaniya XİN başçısı Bakıda və Yerevanda Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək Səfər Almaniyanın ATƏT-ə sədrliyi çərçivəsində həyata keçiriləcək
Qarabağ
28 İyun , 2016 16:54
​Səfirlik: Almaniya XİN başçısı Bakıda və Yerevanda Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək

Bakı. 28 iyun. REPORT.AZ/ "Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer Bakıda və Yerevanda Dağlıq Qarabğ münaqişəsinin həlli yollarını müzakirə edəcək".

Bu barədə "Report"a Almaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata görə, iyunun 29-dan onun Cənub Qafqaza - Azərbaycan, Gürcüstan və Ermənistana üçgünlük səfəri başlayacaq.

Səfər Almaniyanın ATƏT-ə sədrliyi çərçivəsində həyata keçiriləcək.

İyulun 1-də F.V.Ştaynmayer Tbilisidə ATƏT Parlament Assambleyasının illik iclasının açılışında iştirak edəcək. Gürücstana səfərində onu Almaniyanın mədəniyyət və iqtisadiyyat üzrə nümayəndə heyəti müşayiət edəcək. 

Son xəbərlər

Orphus sistemi