Bakı. 6 oktyabr. REPORT.AZ/ "Hesab edirəm ki, münaqişənin nizamlanması prosesi bəyanatlardan yox, bizim məşğul olduğumuz praktiki işlər əsasında irəliləyər".
"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi barədə bəyanatını şərh edərkən deyib.
Xatırladaq ki, daha əvvəl C.Kerri Dağlıq Qarabağ münaqişəsinin həllinin hələlik mümkün olmadığını bildirib.