Bakı. 9 mart. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin martın 10-da Moskva şəhərində Ermənistan prezidenti Serj Sarqsyanla görüşəcək.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
"Qarşıdakı görüş zamanı ticarət-investisiya, enerji və humanitar sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərinin, eləcə də Avrasiya məkanında inteqrasiya proseslərinin inkişaf perspektivlərinin müzakirəsi planlaşdırılır", - Kremlin mətbuat xidmətindən bildiriblər.
Bundan başqa, liderlər Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək.