"Şuşada əsgər yoldaşımı xilas edərkən yaralandım"

"Şuşada əsgər yoldaşımı xilas edərkən yaralandım" Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi müharibədə payı olanlardan biri də Vasif Asif oğlu Quluzadədir.
Qarabağ
7 Dekabr , 2020 13:50
Şuşada əsgər yoldaşımı xilas edərkən yaralandım
Vasif Quluzadə

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi müharibədə payı olanlardan biri də Vasif Asif oğlu Quluzadədir.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, 21 yaşlı əsgər Lənkəran rayonunun Aşağı Təngivan kəndində doğulub boya-başa çatıb. O da qismən səfərbərlik çağırışına həvəslə qoşulanlardan biri olub. Vətən müharibəsi başlayanda Ağcabədi rayonunda təlimlərdə olub. Döyüş yolu Füzulidə başlayıb Şuşada sona çatıb.

V.Quluzadə noyabrın 9-da minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində çiyin və bel nahiyələrindən qəlpə yaraları alıb: "120 mm-lik minaatan mərmisi sağ tərəfimizə düşdü. Mən öz mövqeyimi tutmuşdum. Sol tərəfdəki əsgər yoldaşım mövqeyini yaxşı tutmamışdı. Mən də kömək üçün yerimdən qalxıb onu çəkəndə qəlpə çiyin nahiyəmdən tutdu. Əvvəl qəlpə dəydiyini hiss etmədim, sonradan bədənim qanın axması ilə istiləndi".

O, özünü tibb məntəqəsinə çatdırmaq üçün dərəyə enib. Güclü qanaxma halsızlıq yaratdığından huşunu itirməmək üçün bir müddət dərədəki suyun içərisi ilə hərəkət edib. Özünü yoldaşı üçün təhlükəyə ataraq yaralanan əsgərimizin həyatını isə digər yaralı döyüşçümüzü xilas edib.

V.Quluzadə qələbə xəbərini hospitalda eşidib: "Yaralanmağımdan 9 saat sonra müharibə bitdi. Fəxr edirəm ki, bu qələbədə az da olsa zəhmətim olub, vuruşmuşam".

Son xəbərlər

Orphus sistemi