Komandir: "Çətinliklərə baxmayaraq, ərazilərdə minatəmizləmə işləri sürətlə aparılır"

Komandir: "Çətinliklərə baxmayaraq, ərazilərdə minatəmizləmə işləri sürətlə aparılır" "Çətinliklərə baxmayaraq, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesi diqqətli və sürətli şəkildə aparılır".
Qarabağ
19 Aprel , 2023 12:48
Komandir: Çətinliklərə baxmayaraq, ərazilərdə minatəmizləmə işləri sürətlə aparılır

"Çətinliklərə baxmayaraq, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesi diqqətli və sürətli şəkildə aparılır".

"Report"un Qarabağ bürosu xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının bölük komandiri Səbuhi Sarıyev Ağdamda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, mina təmizləmə istiqamətində aparılan işlərin daha da sürətləndirilməsi məqsədilə sahələrdə xüsusi texnikaların və itlərin köməyindən istifadə olunur: "Təmizləmə prosesinə istehkamçılarla bərabər xüsusi təlim keçmiş itlər də cəlb olunub. Ərazilərin partlamamış hərbi sursatlarla çirklənmə miqyası həddindən artıq geniş olduğu üçün minaaxtaran itlərə ehtiyac yaranıb. Bu itlər çox sayda minaları və partlayıcı maddələri aşkarlama qabiliyyətinə malikdir".

Son xəbərlər

Orphus sistemi