Bakı. 5 aprel. REPORT.AZ/ Təmas xəttində ermənilərin təxribatlarının qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun əsgəri dəfn olunub.
"Report"un məlumatına görə, aprelin 3-dən 4-nə keçən gecə cəbhədə gedən döyüşlərdə həlak olan Müşfiq Arif oğlu Orucov Bərdə rayon qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Allah rəhmət eləsin!