Astarada Xocalı faciəsinin 30-cu ildönümü qeyd edilib

Astarada Xocalı faciəsinin 30-cu ildönümü qeyd edilib Astarada Xocalı faciəsinin 30-cu ildönümü qeyd edilib
Qarabağ
26 Fevral , 2022 11:56
Astarada Xocalı faciəsinin 30-cu ildönümü qeyd edilib

Astarada Xocalı faciəsinin 30-cu ildönümü qeyd edilib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə görə, Astara rayonunda Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Rayon icra hakimiyyətinin başçısı, aparat işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri Astara şəhərində Şəhidlərin Xatirə Kompleksini ziyarət edərək Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.

Rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımından bəhs edən foto-sərgi və kompozisiya nümayiş etdirilib.

Xocalı faciəsi barədə iştirakçılara məlumat verilərək qeyd edilib ki, XX əsrin ən ağır müsibətlərindən biri olan Xocalı faciəsi bəşər tarixində analoqu olmayan qanlı soyqırımı, Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş acı bir kədər, dərin bir üzüntüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımları Heydər Əliyev Fondu uğurla davam etdirir. Fondun gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır.

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan işlərin getdikcə geniş miqyas alması və Azərbaycanın gündən-günə beynəlxalq miqyasda artan nüfuzu sayəsində işğal altında olan torpaqlarının azad olunduğu qeyd olunub.

Bildirilib ki, 30 il bu ağır dərdlərə dəyanətlə sinə gərən müdrik xalqımız yurd həsrəti, yurd nisgili ilə ürəyi göynəsə də səbirlə qisas gününü gözlədi. Nəhayət ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin 27 sentyabr tarixində əks hücum əməliyyatına başlamaq əmrini verdi. Rəşadətli Azərbaycan ordusu düşməni qısa müddətdə ağır məğlubiyyətə uğradaraq, torpaqlarımızı işğaldan azad etdi.

Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, yenilməz Sərkərdə İlham Əliyevin və Qəhrəman oğullarımızın sayəsində düşmənin işğalına son qoymaqla, Azərbaycan xalqı bütün dünyada qalib xalq, müzəffər xalq kimi tanınır, yaşayır və yaşayacaqdır.

Son xəbərlər

Orphus sistemi