​Yana Alekseyevna: "Azərbaycan bayrağını Rio-de Janeyroda qaldırmağı çox istəyirdim"

​Yana Alekseyevna: "Azərbaycan bayrağını Rio-de Janeyroda qaldırmağı çox istəyirdim" "Olimpiya oyunlarına düşmək mənim üçün böyük nailiyyətdir"
Fərdi
15 Avqust , 2016 19:43
​Yana Alekseyevna: Azərbaycan bayrağını Rio-de Janeyroda qaldırmağı çox istəyirdim

Bakı. 15 avqust. REPORT.AZ/ "Olimpiya oyunlarına düşmək mənim üçün böyük nailiyyətdir".

"Report" un verdiyi məlumata görə, bunu jurnalistlərə müsahibəsində boksçu Yana Alekseyevna deyib.

"Mən əlimdən gələni etdim. Hər kəs çempion ola bilmir. Çempionluq hər kəsin qisməti deyil. Mən burada Azərbaycan bayrağını qaldırmağı çox istərdim. Bunu çox arzilayırdım", - Y.Alekseyevna deyib.

İdmançı bildirib ki, qarşılaşmada müəyyən qədər "hiyləgərlik" işlətsəydi, hər şey başqa cür ola bilərdi: "İndi əsas vəzifəm səhvlər üzərində işləməkdən ibarətdir. Ən əsası ruhdan düşməməkdir. Qismət olsa, yenidən lisenziya qazanacam. Bəlkə də mənim missiyam Azərbaycan bayrağını dünyada deyil, Avropada qaldırmaqdı. Kimin qisməti necedir, ele də olacaq". 

Y.Alekseyevna Azərbaycan azarkeşlərinə onun dəstəklədikləri üçün minnətdarlıq edib.

"İnsanlar doğrudan da bizim idmançıların qələbəsinə inanır", - o deyib. 

Xatırladaq ki, Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın boksçu Yana Alekseyevna 60 kq çəki dərəcəsində 1/4 finalda Çindən olan rəqibi Junhua Yinə ilk görüşdə uduzaraq mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi