​Xetaq Qazyumov: "İdmanda olimpiya çempionu olmaq üçün qalmışam"

​Xetaq Qazyumov: "İdmanda olimpiya çempionu olmaq üçün qalmışam" "19 rəqibin hamısı mənim üçün ciddi sayıla bilər"
Fərdi
27 May , 2016 13:33
​Xetaq Qazyumov: İdmanda olimpiya çempionu olmaq üçün qalmışam

Bakı. 27 may. REPORT.AZ/ "Artıq 15 gündür Kuba yığma komandası ilə birgə hazırlıq keçirik. Çox gözəl proqram var və hər şey ürəyimizcədir". Bunu "Report"a açıqlamasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə 97 kq çəkidə Azərbaycanı təmsil edəcək Xetaq Qazyumov deyib.

Məşq prosesindən razılığını ifadə edən 33 yaşlı pəhləvan indiyədək idmanda qalmasının səbəbini açıqlayıb: "Bu yaşa qədər idmanda qalmağımı şərtləndirən amil məhz olimpiya çempionu olmaq istəyimdir. İdmançı olaraq ən böyük arzum budur".

"Bakı 2015" I Avropa Oyunlarının qalibi "Rio-2016"dakı rəqiblərini dəyərələndirb: "Hamısı güclüdür, hansınısa fərqləndirmək istəməzdim. 19 rəqibin hamısı mənim üçün ciddi sayıla bilər. Azarkeşlərin dəstəyi, hardasa gördükdə yaxınlaşıb şəkil çəkdirmələri mənə böyük qürur hissi verir. Çalışıram ki, bunun qarşılığını verim".

Qeyd edək ki, Xetaq Qazyumov həm də dünya və üçqat Avropa çempionudur. Əvvəlki iki olimpiadada o, bürünc medal qazanıb.  

Son xəbərlər

Orphus sistemi