Valentin Demyanenko: "Mən yüz faiz hazırlıqlı idim"

Valentin Demyanenko: "Mən yüz faiz hazırlıqlı idim" "Döyüşdən sonra yumruq atmazlar"
Fərdi
18 Avqust , 2016 17:17
Valentin Demyanenko: Mən yüz faiz hazırlıqlı idim

Bakı. 18 avqust. REPORT.AZ/ "Əlamətdar hisslər keçirirəm. Gərgin yürüş keçdi. Bütün rəqiblərim çox güclü idi. Elə alındı ki, mən ikinci yeri tutdum". 

"Report"un məlumatına görə, bu fikirləri 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, azərbaycanlı kanoeçi Valentin Demyanenko Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında deyib.

O bildirib ki, hər bir idmançı kimi olimpiya çempionluğu əldə etmək istəyib: "Elə bir idmançı yoxdur ki, olimpiadada 2-3-cü yerləri tutmaq istəsin. Hamı qalib gəlməyə can atır. Hər kəs öz gücünə əmin olur. Burada dünyanın özünə ən çox inanan insanları toplaşmışdı. Hər kəs özü üçün qalibdir. Amma yürüşün gedişi başqa şeyi göstərdi. Amma təəssüflənən deyiləm. Nə etmək olar?"

V.Demyanenko hər kəsə idmanla məşğul olmağı tövsiyə edib: "Bu idman növü hər an sənə məsuliyyətli olmağa məcbur edir.

"Mən yüz faiz hazırlıqlı idim. Döyüşdən sonra yumruq atmazlar. Amma gümüş medal mənim deyil. 15 ildir bu növlə məşğulam. Yəni ömrümün yarısını. 2020-ci il Tokio olimpiadasında 200 metr məsafəyə yürüş olmayacaq. Ona görə də ya başqa məsafəyə keçməli, ya da karyeramı bitirməliyəm. Hələ bu barədə düşünəcəyəm. Buradan gedib ata-anamı görəcəyəm. İndi də onlara zəng etməyə tələsirəm".

Son xəbərlər

Orphus sistemi