Bakı. 24 avqust. REPORT.AZ/ "Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir". Bunu "Report"a açıqlamasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko deyib.
V.Demyanenko gümüş medalın yaxşı nəticə olduğunu bildirib: "Olimpiya medalı qazanmaq üçün bütün imkanlarım var idi. Amma gümüş medal da yaxşı nəticədir".
Qeyd edək ki, Demyanenko London-2012-də zədə səbəbindən uğursuz çıxış edib.