Useyn Bolt 8-ci dəfə olimpiya çempionu olub

Useyn Bolt 8-ci dəfə olimpiya çempionu olub Yamaykalı atlet 200 m. məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb
Fərdi
19 Avqust , 2016 06:17
Useyn Bolt 8-ci dəfə olimpiya çempionu olub

Bakı. 19 avqust. REPORT.AZ/ Əfsanəvi sprinter Useyn Bolt karyerasında 8-ci dəfə olimpiya çempionu olub.

"Report"un məlumatına görə, yamaykalı atlet 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb.

O, finalda finişə 19,78 saniyəyə çatıb. Gümüş medalı 20,02 saniyə nəticə ilə kanadalı Andre de Qrasse əldə edib. Bürünc medalı isə fransalı Kristof Lemetr 20,12 saniyə göstərici ilə qazanıb.

Finalda Türkiyə adından çıxış edən əslən azərbaycanlı sprinter Ramil Quliyev isə finişə 20,43 saniyəyə sonuncu çatıb və 8-ci yeri tutub.

Qeyd edək ki, "Rio-2016"da Useyn Bolt 100 metr məsafəyə qaçış üzrə də olimpiya çempionu olub. Onu qarşıda 4X100 metr məsafəyə estafet qaçışı gözləyir.

Son xəbərlər

Orphus sistemi