Tokioda Olimpiya Oyunları üçün yeni emblem seçilib - FOTO

Tokioda Olimpiya Oyunları üçün yeni emblem seçilib - FOTO Tokio üçün yeni olimpiya emblemi "şahmat lövhəsi"nin naxışlarıyla dairə şəklində və indiqo rəngindədir
Fərdi
25 Aprel , 2016 10:58
Tokioda Olimpiya Oyunları üçün yeni emblem seçilib - FOTO

Bakı. 25 aprel. REPORT.AZ/ Bu gün Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının yeni emblemi təqdim edilib.

"Report" Yaponiyanın NHK telekanalına istinadən xəbər verir ki, Tokio üçün yeni olimpiya emblemi "şahmat lövhəsi"nin naxışlarıyla dairə şəklində və indiqo rəngindədir. Belə naxışlar Yaponiyada Edo dövründə (1603-1867 illər) populyar olub və loqonun hazırlanmasında istifadə olunmuş hər bir düzbucaqlı müxtəlif ölkələri və mədəniyyətləri, eləcə də idman ətrafında birləşmiş dünyanın müxtəlifliyinin rəmzidir. Dairənin altında "Tokio 2020" yazısı yer alıb və ondan da aşağıda beş olimpiya halqaları əks olunub.

Xatırladaq ki, Olimpiada-2020-nin qrafik rəmzi ətrafında qalmaqal belçikalı dizayner Olivye Debinin yaponiyalı dizayner Kendziro Sanonun Olimpiya Oyunları üçün "T" hərfi formasında yaratdığı loqotipin Lyej şəhərində iki il əvvəl teatr üçün hazırlanmış loqoya bənzədiyini bildirməsindən sonra yaranmışdı. Bundan bir müddət sonra Olimpiya Oyunlarının Təşkilat Komitəsi həmin emblemdən imtina etmək qərarına gəlib.

Qeyd edək ki, Olimpiya Oyunları-2020 iyulun 24-dən avqustun 9-dək Yaponiyanın paytaxtında keçiriləcək. 25 avqust - 6 sentyabr aralığında isə Tokio Paralimpiya Oyunlarına səhnə olacaq.

Son xəbərlər

Orphus sistemi