Sotomayor: "Hakimlər mənə haqsızlıq etdilər"

Sotomayor: "Hakimlər mənə haqsızlıq etdilər" "Hər 3 raundda rəqibi döysəm də, qərar mənim əleyhimə oldu"
Fərdi
21 Avqust , 2016 23:42
Sotomayor: Hakimlər mənə haqsızlıq etdilər

Bakı. 21 avqust. REPORT.AZ/ "Hakimlər mənə haqsızlıq etdilər. Mən çempion idim. Hər 3 raundda rəqibi döysəm də, bacardığım qədər döyüşsəm də, qərar mənim əleyhimə oldu".

"Report"un məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında Rio-2016-nın boks üzrə gümüş mükafatçısı Lorenso Sotomayor deyib.

O bildirib ki, həlledici görüşdə özbəkistanlı Fazliddin Qaibnazarovla görüşdə haqsızlıqla üzləşib:

"Sonuncu raundda əmin idim ki, qalib gəlmişəm. Amma hakim mənə qarşı haqsızlıq etdi. Qızıl medal qazanmaq istəyirdim. Həqiqətən də hakim mənə qarşı ədalətsizlik etdi".

Azərbaycanı çox sevdiyini deyən kubalı legioner fikirlərini "Bu ölkə mənim evimdir" sözləri ilə yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi