Sabiq "Formula 1" pilotu paralimpiadada qızıl medal qazanıb - VİDEO

Sabiq "Formula 1" pilotu paralimpiadada qızıl medal qazanıb - VİDEO İtaliyalı idmançı velosiped yarışında iştirak edib
Fərdi
17 Sentyabr , 2016 09:36
Sabiq Formula 1 pilotu paralimpiadada qızıl medal qazanıb - VİDEO

Bakı. 17 sentyabr. REPORT.AZ/ Sabiq "Formula 1" pilotu Alessandro Zanardi İtaliya yığmasının heyətində Rio-de-Janeyroda keçirilən Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. 

"Report"un məlumatına görə, 49 yaşlı keçmiş pilot fərdi üçtəkərli velosiped yarışında birinci olub.

Bununla da italiyalı paralimpiyaçı "Rio-2016"da özünün 4-cü medalını əldə edib. O, 2012-ci il London Yay Paralimpiya Oyunlarında 2 qızıl və bir gümüş medal qazanmışdı.

Qeyd edək ki, sabiq pilot 2001-ci il sentyabrın 15-də yarış zamanı ağır qəza keçirib. Nəticədə pilot ayaqlarını itirib.

Son xəbərlər

Orphus sistemi