Rusiyanın bütün olimpiya medalçılarına avtomobillər paylanılacaq

Rusiyanın bütün olimpiya medalçılarına avtomobillər paylanılacaq Onlara təkcə pul mükafatları verilməyəcək
Fərdi
25 Avqust , 2016 12:17
Rusiyanın bütün olimpiya medalçılarına avtomobillər paylanılacaq

Bakı. 25 avqust. REPORT.AZ/ Rusiya milli komandasının heyətində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qalib və mükafatçı olan idmançılar təkcə pul mükafatları almayacaqlar. "Report"un "R-Sport"a istinadən verdiyi məlumata görə, qonşu ölkə medalçılarının hamısına ağ "BMW" hədiyyə olunacaq.

Olimpiya çempionları "BMW X6", vitse-çempionlar "BMW X5", bürünc medalçılar isə "BMW X3" alacaqlar.

Qeyd edək ki, "Rio-2016"da Rusiya yığması 19 qızıl, 18 gümüş və 19 bürünc medalla ümumi komanda hesabında 4-cü yeri tutub. 

Son xəbərlər

Orphus sistemi