Bakı. 14 avqust. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yunan-Roma güləşçimiz Rövşən Bayramov yarımfinal görüşünə çıxıb.
"Report" xəbər verir ki, 59 kq. çəki dərəcəsində çıxış edən Bayramov Yaponiya təmsilçisi Şinobu Ota ilə üz-üzə gəlib.
Görüş yapon güləşçisinin qələbəsi ilə başa çatıb.
Rövşən Bayramov bürünc medal qazanmaq üçün təsəlliverici görüşlərə çıxacaq.
***18:40
Bu gün 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yunan-Roma güləşçimiz Rövşən Bayramov döşək üzərinə çıxıb.
"Report" xəbər verir ki, 59 kq. çəki dərəcəsində çıxış edən Bayramov ABŞ təmsilçisi Xese David Telke üzərində 9:0 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.