​2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının büdcəsi açıqlanıb

​2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının büdcəsi açıqlanıb Bu məbləğ London olimpiadasının büdcəsindən 7,5 milyard dollar azdır
Fərdi
30 Yanvar , 2016 11:10
​2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının büdcəsi açıqlanıb

Bakı. 30 yanvar. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının büdcəsi 9,75 milyard dollar təşikl edəcək. "Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Braziliya Milli Olimpiya Komitəsi açıqlama yayıb.

2012-ci il London olimpiadasına 16,3 milyard dollar, 2014-cü ildə Braziliyada keçirilmiş futbol üzrə dünya çempionatına isə 6,8 milyard dollar xərclənib.

Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçiriləcək. Bu, Cənubi Amerika materikində təşkil olunmuş ilk olimpiada kimi tarixə düşəcək. 

Son xəbərlər

Orphus sistemi