​Rio-de-Janeyroda Azərbaycan cüdoçularının yolasalma mərasimi keçirilib

​Rio-de-Janeyroda Azərbaycan cüdoçularının yolasalma mərasimi keçirilib Məmmədəli Mehdiyev və Elmar Qasımova BOK-un sertifikatı verilib
Fərdi
13 Avqust , 2016 20:21
​Rio-de-Janeyroda Azərbaycan cüdoçularının yolasalma mərasimi keçirilib

Bakı. 13 avqust. REPORT.AZ/ Bu gün Yay Olimpiya Oyunlarının keçirildiyi Rio-de-Janeyroda salınan atletlər kəndindəki Azərbaycan nümayəndə heyətinin qərargahında cüdoçularla həm görüş, həm də yolasalma mərasimi keçirilib.

"Report" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

Məlumata görə, Məmmədəli Mehdiyev və Elmar Qasımovun olimpiadanın səkkizliyində yer alması səbəbi ilə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax tərəfindən imzalanmış sertifikat və şəhadətnamələr onlara təqdim olunub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov idmançıları təbrik edib, cüdoçulara göstərdikləri əzimkarlıqlarına görə təbrikini bildirib.

Cüdoçular artıq Bakıya yola düşüblər.

Son xəbərlər

Orphus sistemi