​"Rio-2016": Yunan-Roma növü üzrə Azərbaycan güləş yığması 3-cü olub

​"Rio-2016": Yunan-Roma növü üzrə Azərbaycan güləş yığması 3-cü olub Yığmamız Dünya Güləş Birliyinin komanda sıralamasında ilk üçlükdə yer alıb
Fərdi
18 Avqust , 2016 00:47
​Rio-2016: Yunan-Roma növü üzrə Azərbaycan güləş yığması 3-cü olub

Bakı. 18 avqust. REPORT.AZ/ Yunan-Roma növü üzrə Azərbaycan güləş yığması Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında fərqlənib.

"Report"un məlumatına görə, Azərbaycan yığması Dünya Güləş Birliyinin ənənəvi qaydada tərtib etdiyi komanda sıralamasında ilk üçlükdə yer alıb.

Komanda hesabında 26 xal toplayan yığmamız 3-cü olub. Rusiya 33 xalla 1-ci, Kuba 29 xalla 2-ci yeri tutub. 

Bu nəticə ilə yunan-Roma güləşçilərimiz Olimpiadalarda qazandığı medalların sayını 7-yə çatdırıb. Bunlardan 1-i qızıl, 3-ü gümüş, 3-ü bürünc əyarlıdır.

Milli komandamız 5 güləşçi ilə təmsil olunduğu "Rio-2016"da 2 bürünc medalla başa vurub. Bunlar Rəsul Çunayev (66 kq) və Sabah Şəriətinin (130 kq) sayəsindəreallaşıb. Rövşən Bayramov isə olimpiadanı 5-ci sırada tamamlayıb.

Medal sıralamasına görə yığmamız İranla 9-10-cu yerləri bölüşüb. İlk pillədə 2 qızıl və 1 gümüş medalla Kuba, ikinci sırada isə 2 qızıl və 1 bürünc medalla Rusiya yığması qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi